15 
Dek
2017
11:17
115
39
5590
Virtual karabakh

“Fənərbaxça”dan daha bir ulduz transferi - İDDİA

15 Dek, 2017
11:17
5590

“Fənərbaxça”dan daha bir ulduz transferi - İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Çikaqo” klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger karyerasını Türkiyədə davam etdirə bilər.

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu “Fənərbaxça”nın maraq dairəsinə düşüb.

“Çikaqo” ilə müqavilə müddəti bu ayın sonuna qədər olan Almaniya millisinin sabiq üzvü karyerasını Avropada davam etdirmək niyyətindədir. O, hətta hazırkı klubunda qazandığı 4,5 milyon avroluq illik məvacibindən də az məbləğə razılıq verəcəyini söyləyib.

“Fənərbaxça” bir neçə Avropa klubunun gündəmində olan ulduz futbolçunun meneceri ilə danışıqlara başlayıb. Maraqlıdır ki, həmin klublar arasında yalnız Türkiyə təmsilçisi uzunmüddətli müqavilə təklif edib.

Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Bastian Şvaynştayger 2002-2015-ci illərdə bu komandanın heyətində 458 oyun keçirib, 61 qola imza atıb.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri