15 
Dek
2017
19:36
71
161
8294
Virtual karabakh

İspaniya DÇ-2018-dən kənarlaşdırıla bilər

15 Dek, 2017
19:36
8294

İspaniya DÇ-2018-dən kənarlaşdırıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Federasiyası (FİFA) İspaniya millisinə 2018-ci ildə keçiriləcək dünya çempionatından kənarlaşdıra bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə FİFA-nın Kral Futbol Federasiyasına (RFEF) ünvanladığı xəbərdarlıq məktubunda deyilir.

Bildirilir ki, əgər ölkə rəhbərliyi RFEF-in prezident seçkilərinə müdaxilə etməkdə davam edərsə, İspaniya yığması mundialdan kənarda qala bilər. Hazırda İspaniya Futbol Federasiyasında Xuan Larrea rəhbərlik edir. RFEF-in keçmiş prezidenti Anxel mariya Vilyar isə korrupsiyada ittiham olunaraq vəzifəsindən kənarlaşdırılıb.

İspaniya millisi DÇ-2018-in qrup mərhələsində Portuqaliya, Mərakeş və İran milliləri ilə mübarizə aparacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri