16 
Dek
2017
20:45
120
48
2317
Virtual karabakh

"Qəbələ" Stankoviçlə 2 illiyə anlaşdı

16 Dek, 2017
20:45
2317

"Qəbələ" Stankoviçlə 2 illiyə anlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qəbələ" Voislav Stankoviçlə yeni müqavilə imzalayıb.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, serbiyalı müdafiəçi ilə anlaşma daha 2 il müddətinə uzadılıb. 

30 yaşlı futbolçu 2019-cu ilin sonunadək "qırmızı-qara" forma geyinəcək.

Xatırladaq ki, 2015-ci ilin yayından "Qəbələ"nin şərəfini qoruyan Stankoviç komandanın heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, "qırmızı-qaralar"ın heyətində keçirdiyi 101 matçda 2 qol vurub. Serbiyalı müdafiəçi Premyer Liqada 60, Avropa Liqasında 28 (1 qol), Azərbaycan kubokunda 13 matç (1 qol) keçirib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri