12 
Yan
2018
16:49
151
24
2870
Virtual karabakh

Vüqar Həşimov Akademiyası bölgələrdə layihələr həyata keçirəcək – FOTO

12 Yan, 2018
16:49
2870

Vüqar Həşimov Akademiyası bölgələrdə layihələr həyata keçirəcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Diplomatiya Akademiyasında (ADA) Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə sinxron şahmat yarışması baş tutub. 

Oxu.Az xəbər verir ki, akademiyanın tələbələri və heyət üzvləri beynəlxalq şahmat ustaları Sərxan Həşimov və İlahə Qədimovaya qarşı yarışıblar.

Turnirdə əfsanəvi şahmatçılarla mübarizə aparmaq üçün ADA-nın 40-a yaxın tələbəsi və universitetin qonaqları iştirak ediblər.

ADA University adlı şəxsin şəkli.

Yarışdan sonra Sərxan Həşimov tədbir barədə xoş təəssüratlarını bölüşüb.

“Sevindirici haldır ki, gənclər sonadək mübarizə apardılar. Buna görə sona qədər qalan iştirakçıları təbrik etmək istərdim. Tələbələr hətta yarış zamanı həm mənə, həm də İlahə xanıma bir neçə gərgin anlar yaşatdılar. Belə tədbirlərin gələcəkdə də keçirilməsi üçün həm biz, həm də ADA təşəbbüslərimizi göstərəcəyik. Eyni zamanda, Vüqarın arzusu olan və başladığı belə layihələri Vüqar Həşimov Akademiyası olaraq bölgələrdə də təşkil etmək niyyətindəyik”, – deyə S. Həşimov bildirib.

Qeyd edək ki, Vüqar Həşimovun qardaşı olan Sərxan Həşimov onqat Azərbaycan çempionu, Avropa Çempionatının bürünc medalçısı, İspaniyanın nüfuzlu San Sebastyan turnirinin qalibi olmuş beynəlxalq şahmat ustasıdır. Eyni zamanda, İKT sahəsində 15 ildən çox təcrübəsi olan İT mütəxəssisidir. O, 2016-cı ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin baş direktoru vəzifəsində çalışır.

İlahə Qədimova isə üç dəfə dünya çempionu, iki dəfə Avropa Çempionu və bir çox beynəlxalq turnirlərin qalibi olmuş beynəlxalq qrossmeysterdir, həmçinin diplomatiya sahəsində 13 ildən çox təcrübəyə malikdir.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri