12 
Yan
2018
17:35
34
161
4656
Virtual karabakh

Millimizin yeni baş məşqçisi AÇ-dən sonra bilinəcək

12 Yan, 2018
17:35
4656

Millimizin yeni baş məşqçisi AÇ-dən sonra bilinəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi baş tutub.

Oxu.Az xəbər verir ki, Güləş Federasiyasının prezidenti Fazil Məmmədov müvəqqəti təyin olunmuş I vitse-prezidenti, vergilər naziri Mikayıl Cabbarovun müavini olan Sahib Ələkbərovu sərbəst güləş üzrə millimizin baş məşqçisi Firdovsi Umudovla əvəzləyib.

Ələkbərovun gec-tez bir başqa şəxslə əvəzlənəcəyi əvvəldən bəlli idi. Lakin onun yerinə milli baş məşqçisinin təyin olunması bir qədər gözlənilməz oldu. İndi sual yaranır: sərbəst güləş üzrə millimizin baş məşqçisi postu kimə tapşırılacaq?

Məsələ ilə bağlı federasiyanın yeni I vitse-prezidenti Firdovsi Umudovun fikirlərini öyrəndik. O bu məsələnin martdan sonra dəqiqləşəcəyini bildirdi:

“Bu gün yığmanın məşqçiləri, federasiyanın işçi heyəti ilə görüşüm oldu. Qarşımıza qoyulan işlər haqda onlara məlumat verdim. Görəcəyimiz işlər çoxdur. Baş məşqçi məsələsi elədir ki, bir günə açıqlanası qərar deyil. Ora hansı namizədin qoyulması haqda düşünmək lazımdır. Hələ ki, Avropa çempionatına kimi millinin baş məşqçisi olaraq qalacağam. Qitə çempionatından sonra bu məsələyə baxılacaq”.

Qeyd edək ki, güləş üzrə Avropa çempionatı martın 20-25-də Rusiyanın (Dağıstanın) Kaspiysk şəhərində keçiriləcək.   

Səbuhi TOFİQOĞLU 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri