12 
Yan
2018
18:40
198
47
3297
Virtual karabakh

Ayrapetyan: Azərbaycanlı biznesmenlər futbolu bizimkilərdən çox sevir

12 Yan, 2018
18:40
3297

Ayrapetyan: Azərbaycanlı biznesmenlər futbolu bizimkilərdən çox sevir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan acı etirafı ilə yadda qalıb.

Oxu.Az xəbər verir ki, Ermənistanda danışılmış oyunlarla əlaqədar cinayət işi açıldığından Ayrapetyan mətbuat konfransı keçirib.

O bildirib ki, Ermənistan klublarının Çempionlar Liqasının qrup mərhələsində çıxış etməsi üçün maliyyə imkanı olmalıdır. 

Belə ki, konfransda ona niyə Azərbaycanın “Qarabağ” klubunun bu nəticəyə nail olduğunu, amma erməni komandalarının buna nail olmaması ilə bağlı sual verilib. O isə sualdan yayınıb:

“Azərbaycanlı biznesmenlər futbolu bizimkilərdən çox sevir”.

O bildirib ki, istefa verməyəcək və növbəti il keçiriləcək prezident seçkilərinə qatılacaq. Ruben Ayrapetyan onu da qeyd edib ki, yanvarın 20-dən altı argentinalı məşqçi təsdiq olunmuş proqram üzrə Ermənistanın yeniyetmə yığmaları ilə məşq keçəcək.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri