12 
Yan
2018
19:16
119
40
8629
Virtual karabakh

Gürcüstandan millimizlə oyundan imtinaya dair – AÇIQLAMA

12 Yan, 2018
19:16
8629

Gürcüstandan millimizlə oyundan imtinaya dair – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Oxu.Az xəbər verir ki, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA və Gürcüstan Futbol Federasiyası (GFF) arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

GFF-nin vitse-prezidenti, Bakının “İnter” klubunun (indiki "Keşlə" - S.T.) sabiq futbolçusu Aleksandr İaşvili də bu haqda danışıb: “Gürcüstan və Azərbaycan arasındakı yoldaşlıq matçı daha sonra baş tutacaq. Yaxın zamanda hər iki tərəf qarşılaşacaq. Bu mərhələdə millinin əsas hissəsi klublardadır və məşq prosesi fərqli ölkələrdəndir. 24 yanvarda Lozannada Millətlər Liqasının püşkü atıldıqdan sonra rəsmi təqvim açıqlanacaq və bütün yoldaşlıq matçlarının tarixi aydın olacaq”.  

Xatırladaq ki, millimiz yanvarın 30-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri