15 
Yan
2018
13:10
82
22
6526
Virtual karabakh

“Arsenal” Aleksis Sançesə əvəz tapdı

15 Yan, 2018
13:10
6526

“Arsenal” Aleksis Sançesə əvəz tapdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Skay Sport”un tanınmış ispaniyalı jurnalisti Jilyem Balaqe “Arsenal”ın Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanqı transfer etməyə yaxın olduğunu yazıb.

Oxu.Az xəbər verir ki, kataloniyalı jurnalist bunları qeyd edib:

“Yaxın müddətdə “Arsenal” bir neçə transfer gerçəkləşdirəcək. Onlardan biri heyətdən çıxarılan Obameyanq olacaq. Londonlular bu transferə görə 60 milyon avro ödəməyə razıdırlar. “Borusia” da, çox güman ki, bu təklifə razılıq verəcək. “Kanonirlər”in fikrincə, Obameyanq klubdan ayrılması gözlənilən çilili Aleksis Sançesə layiqli əvəz olacaq və fransalı hücumçu Aleksandr Lakazetlə güclü tandem təşkil edəcək”.

Qeyd edək ki, Dortmund “Borusia”sı şənbə günü komandanın iclasına qatılmadığı üçün Pyer-Emerik Obameyanqı heyətdən çıxardığını bəyan edib və bazar günü “Volfsburq”la qolsuz başa çatmış oyunda ona şans verməyib. Bu ay Çin klubundan gələn təklifi geri çevirmiş Obameyanqın komandasını dəyişməsi istisna olunmur.

Aleksis Sançes isə Arsenal”a “Mançester Siti”dən daha çox pul – 30 milyon avro təklif edən “Mançester Yunayted”ə keçməyə yaxındır. Joze Mourinyu Sançesə həftəlik 400 min funt maaş nəzərdə tutan müqavilə təklif edib ki, bu da Premyer Liqada rekord məbləğdir. Arsen Venqer "Bornmut"la matçda heyətə salmadığı çilinin məsələsinin 48 saat ərzində bilinəcəyini bildirib.

Bundan başqa, “Arsenal” “Bordo”dan braziliyalı cinah hücumçusu Malkomu da almağa yaxındır.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri