15 
Yan
2018
15:31
37
12
2617
Virtual karabakh

“Beşiktaş” Azərbaycana gəlir

15 Yan, 2018
15:31
2617

“Beşiktaş” Azərbaycana gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beşiktaş”ın prezidenti Fikrət Orman “Beşiktaş”a gəl” (Come to Besiktas) devizi ilə tanınmış videonun dünyaya tanıtdırılması ilə bağlı mətbuat konfransı keçirib.

Oxu.Az xəbər verir ki, konfransda “Beşiktaş”a İran və Azərbaycandan böyük tələbin olmasına dair sual soruşulub.

O isə fevralda Azərbaycanda gələcəklərini bildirib: 

“İran və Azərbaycana getmək istəyirik. Milli komandalarla əlaqədar yaranmış fasilədə boşluq olur. Amma o komandaların oyunçuları da millilərində olunca, getmək çətinləşir. Bəzən siyasi durumlar da buna təsir edir. Niyyətimiz dəyişməzdir. Azərbaycan çox diqqətə aldığımız bir bazardır. Fevralın əvvəlində adamlarım Azərbaycana gedəcək. Bir mağaza açılması və toplu matç oynanılması konsepti ilə hərəkət edəcəyik. 1903 konseptini dünyaya yaymağa çalışırıq. Həm Türkiyə, həm də dünyada bunu yayacağıq”.   

Fikrət Orman yenidən Bakıda Superkubok matçı keçirmək istədiklərini deyib:

“Qışın ortasında, saat 20:30-da “Osmanlıspor”la kubok matçı oynayacağıq. Buranın nə qədər soyuq olduğunu bilirik. Türkiyə Futbol Federasiyasına “Günorta oynayaq” deyə müraciət etdik, amma faydası olmadı. Bu matçda futbolçularımızı oynatmaq, hamının bunu izləməsini istəyirik, amma riskə girə bilmirik. Burada bir oyunçumuz zədələnsə, Çempionlar Liqası və Superliqada problemlə üzləşərik.

“Beşiktaş” “Konyaspor”la Samsunda bir matç oynadı. İctimaiyyətin diqqətində matç qalmadı. Hamının ağlına davalar, bıçaqlar qaldı. O zaman da demişdim. Kaş ki o matçı Bakıda, İndoneziyada oynayaydıq. Premyer Liqada bizim çəkdiyimiz videoları çəkirlər. Biz də bütün komandalardakı oyunçularla bunu edərək ölkəmizi tanıtmalıyıq”.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri