16 
Yan
2018
10:27
88
20
6690
Virtual karabakh

Aleksis Sançesə daha bir nəhəng klubdan təklif gəldi

16 Yan, 2018
10:27
6690

Aleksis Sançesə daha bir nəhəng klubdan təklif gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Arsenal” klubunun çilili futbolçusu Aleksis Sançesə daha bir klub maraq göstərib.

Oxu.Az xəbər verir ki, “Mançester Siti” və “Mançester Yunayted”dən sonra digər Premyer Liqa nəhəngi “Çelsi” də Sançesi heyətinə qatmaqda maraqlıdır.

İddiaya görə, “Çelsi”nin italiyalı baş məşqçisi Antoni Konte bu futbolçunu hələ “Udineze”də oynadığı vaxtdan bəyənib.

Bununla belə, Sançesi heyətinə qatmağa yaxın tərəf yenə “Mançester Yunayted”dir. Çünki “mankunianlar” “Arsenal”ın istədiyi 35 milyon funtu verməyə razıdır. Artıq onun üçün vaxtilə Kriştianu Ronaldu, Erik Kantona, Devid Bekhemin geyindiyi 7 nömrəli formanın veriləcəyi deyilir. Üstəlik, “Mançester Siti” də bu yarışdan çıxmaqla “qırmızı şeytanlar”ın işini asanlaşdırıb.

Ancaq bu transferin baş tutması üçün “Arsenal”ın Almaniyanın “Borussia” klubundan Pyer-Emerik Obameyanqı alması lazımdır. Yayılan son məlumatlara görə, Dortmund klubu bu gün intizamsızlığına görə əsas komandadan uzaqlaşdırdığı futbolçusu haqda yekun qərar verəcək.

Qeyd edək ki, “Arsenal” bu transfer üçün 60 milyon avrosundan keçməyə razıdır. 

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri