16 
Yan
2018
13:13
97
27
3257
Virtual karabakh

Futzal üzrə “Barselona”nın oyunçuları millimizə qarşı – FOTO

16 Yan, 2018
13:13
3257

Futzal üzrə “Barselona”nın oyunçuları millimizə qarşı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yığmamızla eyni qrupda olan İspaniyanın futzal üzrə millisinin bu ayın 30-u Sloveniyanın paytaxtı Lyublyanada başlayacaq Avropa çempionatı üçün heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, baş məşqçi Xose Venansio Lopes rəsmi 14, qeyri-rəsmi 15 nəfərlik heyət açıqlayıb. Bunlardan qapıçı Karlos Baron digər iki qolkiperdən biri zədələnəcəyi halda, UEFA qaydalarına görə, onu əvəz edə bilər. Bu üzdən o da Sloveniyaya aparılacaq. Komanda yanvarın 18-dən 27-dək İspaniyada hazırlıq keçəcək.

Qapıçılar: Xesus Erero (“İnter Movistar”), Pako Sedano (“Barselona”), Baron (“Palma”);

Sahə oyunçuları: Mark Tolra, Adolfo, Xoselito, Serxio Losano (hamısı “Barselona”), Ortis, Bebe, Pola, Solano (hamısı “İnter Movistar), Miqelin, Aleks (hər ikisi “El Poso”), Lin (KPRF, Rusiya), Rafa Usin (“Osasuna Manya”).

Qeyd edək ki, İspaniya millisi qitə çempionatında ilk oyununu Fransaya qarşı keçirəcək. Avropa birinciliyinin favoriti sayılan ispanlarla millimizin oyunu isə fevralın 4-də baş tutacaq.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri