16 
Yan
2018
14:20
89
28
5811
Virtual karabakh

2020-ci ildəki Superkuboka doqquz şəhər namizəddir

16 Yan, 2018
14:20
5811

2020-ci ildəki Superkuboka doqquz şəhər namizəddir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə keçiriləcək UEFA Superkubokuna ev sahibliyi etmək istəyən ölkələrin siyahısı açıqlanıb.

Oxu.Az xəbər verir ki, siyahıda doqquz namizəd yer alıb. Bunlar Albaniya (“Milli Arena”, Tirana), Belarus (“Dinamo”, Minsk), İsrail (“Sammi Ofer”, Hayfa), Qazaxıstan (Mərkəzi stadion, Almatı), Moldova (“Zimbru”, Kişinyov), Portuqaliya (“Draqau”, Portu), Şimali İrlandiya (“Vindzor Park”, Belfast), Finlandiya (Olimpiya stadionu, Helsinki) və Fransadır (“Qrand Stad”, Nitsa).

Qeyd edək ki, Superkuboka ev sahibliyi etmək istəyən assosiasiyalar yekun ərizələrini martın 29-dək verməlidirlər. Qalibin adı mayda açıqlanacaq.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri