16 
Yan
2018
16:32
93
25
5538
Virtual karabakh

“Piratlar” “Qarabağ”ın marağında olan futbolçunu istəyir

16 Yan, 2018
16:32
5538

“Piratlar” “Qarabağ”ın marağında olan futbolçunu istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın almaq istədiyi Zimbabve millisinin hücumçusu Xama Biliatın keçidində daha bir maneə yaranıb.

Oxu.Az xəbər verir ki, CAR-ın “Mamelodi Sandaunz” klubu ilə hələ altı aylıq müqaviləsi olan Biliata başqa klub da təklif göndərib.

Belə ki, CAR-ın “Orlando Pireyts” klubu Biliata ayına 200 min rand olan (27 620 manat) müqavilə təklif edib. Futbolçu indiki klubunda 40 min rand az maaş alır.

Buna baxmayaraq, fikri Avropada olan Biliat bu təklifi geri çevirib. Bu üzdən də “piratlar” yeni təkliflə futbolçuya müraciət etməyə çalışırlar.

Bununla belə, klubunda da onun yeni müqavilə bağlayacağına inanırlar. Hələ dekabrda “braziliyalılar”ın (komandanın forması Braziliya millisinə oxşadığı üçün belə çağırılırlar – S.T.) baş məşqçisi Pitso Mosimane Xamanın müqavilə bağlayacağına inandığını bildirib:

“Düşünürəm ki, Xama müqaviləsini yeniləyəcək. Çünki o, bizim ona ehtiyacımız olduğunu və onu sevdiyimizi bilir. O bilir ki, ən yaxşı müqavilə bağlamalı olduğu yer də buradır. Amma əgər o, ən yaxşı məbləğli müqavilə istəyirsə, onu başa düşmək olar ki, futbol həyatı qısadır. Əgər ona söz verilən pulu ala biləcəksə, niyə də onun getməsinə icazə verməyək?!”

Qeyd edək ki, “Qarabağ”la bərabər, CAR-ın “Kayzer Çifs” klubu da Xama Biliatı istəyir. Biliat cari mövsüm zədəsinə görə 17 çempionat oyunundan yalnız yeddisində oynaya bilib.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri