16 
Yan
2018
18:44
410
51
5875
Virtual karabakh

Zabit Səmədov onu qələbəyə aparan çətinliklərdən danışacaq

16 Yan, 2018
18:44
5875

Zabit Səmədov onu qələbəyə aparan çətinliklərdən danışacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah YARAT Mərkəzində məşhur Azərbaycan döyüşçüsü, kikboksçu Zabit Səmədov qonaq olacaq.

Oxu.Az xəbər verir ki, görüş zamanı Zabit Səmədov öz idman təcrübəsi və nailiyyətlərindən, qələbəyə aparan çətinliklərdən söz açacaq. Həmçinin, Zabit hazırda YARAT Mərkəzində nümayiş olunan "Dağılaraq zirvələrə doğru qalxırıq" sərgisi ilə bağlı təəssüratlarını bölüşəcək.

Zabit Səmədov 1984-cü ildə Gürcüstanda azərbaycanlı ailəsində dünyaya göz açıb. 9 yaşından idmana maraq göstərməyə başlayıb. Əvvəllər o, məşqçi Əziz Dursunovun rəhbərliyi ilə 6 ay karate ilə məşğul olub. Sonra isə Zabit muay-tay idman növünə üz tutub. 1998-ci ildən etibarən o, Minskdə məşhur “Çinuk GYM” klubunda fəaliyyətini davam etdirir. Orda onu dünya çempionu Dmitri Pyaçeski məşq etdirir. Səmədov idman karyerasında peşəkar kikboksinq üzrə bir neçə dəfə dünya və Avropa çempionu, Qran-Pri mükafatının sahibi olub. 

Qeyd edək ki, tədbir saat 19:00-da başlayacaq. Nəzərinizə çatdıraq ki, giriş sərbəstdir, lakin yerlərin sayı məhduddur.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri