16 
Yan
2018
22:15
519
45
13789
Virtual karabakh

Rəşad Sadıqov qələbə ilə başladı

16 Yan, 2018
22:15
13789

Rəşad Sadıqov qələbə ilə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün yoldaşlıq görüşü keçirib.

Oxu.Az-ın məlumatına görə, Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası ilə baş tutan görüş yığmamızın yeni baş məşqçisi Rəşad Sadıqovun debüt matçı olub.

Bakı vaxtı ilə saat 17:00-da start götürən qarşılaşma komandamızın üstünlüyü şəraitində keçib. Nəticədə millimiz rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri