17 
Yan
2018
10:21
28
7
2525
Virtual karabakh

“Neftçi” “Atletiko”da oynamış futbolçunu transfer edib Türkiyəyə getdi – FOTO

17 Yan, 2018
10:21
2525

“Neftçi” “Atletiko”da oynamış futbolçunu transfer edib Türkiyəyə getdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib. 

Oxu.Az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Fransisko Xavyer Qarsia Kesada ilə bir illik müqavilə bağlanıb.

Qeyd edək ki, 26 yaşlı hücumameyilli mərkəz yarımmüdafiəçisi bunadək Paraqvayın “Sero Portenyo”, “İndependyente”, “Sportivo Lukenyo”, “Deportivo” (Kapiata), “Nasional” və Kolumbiyanın “Atletiko” (Uila) klublarında çıxış edib. Onun son klubu “Nasional” olub.

Bu arada "Neftçi" səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanında qış fasiləsindəki hazırlığın ikinci mərhələsini keçirəcəyi Türkiyəyə yola düşüb. Komanda Antalyanın Bələk zonasında yerləşən “Alva Donna” hotelində məskunlaşacaq.

Türkiyəyə yollanan heyətdə futbolçulardan Səlahət Ağayev, Aqil Məmmədov, Rəşad Əzizli, Kiril Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, İlkin Qırtımov, Rəşad Sadiqov, Emin Mahmudov, Derlis Mesa Kolyi, Namiq Ələsgərov, İqnasio Erera, Rəhman Hacıyev, Mirabdulla Abbasov, Elnur Süleymanov, Elçin Əsədov, Fərid Abbaslı və Fransisko Qarsia yer alıb. Ömər Buludov, Elnur Cəfərov, Anton Krivotsyuk və Elvin Sərkərov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində olduğundan təlim-məşq toplanışına sonradan qoşulacaqlar.

Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, 27-də Rusiyanın “Krılya Sovetov”, 30-da isə Makedoniyanın “Sileks" klubları ilə üz-üzə gələcək. Təlim-məşq toplanışına yanvarın 31-də yekun vurulacaq.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri