17 
Yan
2018
10:39
197
97
7731
Virtual karabakh

Ronaldinyo karyerasını bitirdi

17 Yan, 2018
10:39
7731

Ronaldinyo karyerasını bitirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Ronaldinyo futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə onun qardaşı Roberto Asis “O Qlobo” nəşrinə müsahibəsində bildirib:

“O dayandı. Hər şey bitdi. Rusiyadakı dünya çempionatından sonra, böyük ehtimalla, avqustda nəsə böyük və gözəl bir iş görməyə hazırlaşırıq. Braziliyada, Avropa və Asiyada bəzi tədbirlər həyata keçirəcəyik. Əlbəttə, Braziliya yığması ilə oyun da keçiriləcək”.

Xatırladaq ki, Ronaldinyo karyerası ərzində “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klublarda oynayıb. 37 yaşında futboldan ayrılmağa qərar verən əfsanəvi futbolçu Braziliya yığmasında 97 matç keçirib, 33 qola imza atıb. O, 2005-ci ildə Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl top” mükafatına sahib çıxıb.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri