17 
Yan
2018
10:25
147
42
7710
Virtual karabakh

Makqreqor UFC titulundan məhrum oldu

17 Yan, 2018
10:25
7710

Makqreqor UFC titulundan məhrum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarışıq döyüş növləri üzrə İrlandiyalı döyüş ustası Konor Makqreqor yüngül çəkidə UFC çempionluq titulundan məhrum olub.

Oxu.Az xəbər verir ki, bu barədə ТАSS agentliyi hadisə barədə məlumatlı olan mənbəyə  istinadən informasiya yayıb.

“Konor titulundan məhrum olacaq, ona görə ki, uzun müddət onu müdafiə etməyib. Bundan əvvəl də deyilib ki, o, qayıdan kimi titul döyüş keçirməli olacaq”, – deyə mənbə bildirib.

Bundan əvvəl çərşənbə axşamı məlum olub ki, Maqreqorun əldən verdiyi kəmərin aqibəti rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Toni Ferqusyon arasında döyüşdən sonra məlum olacaq. Döyüş aprelin 7-də Nyu-Yorkda keçiriləcək.

Yanvarın 15-də irlandiyalının çempion kəmərindən məhrum olmasını UFC başçısı Dana Uayt elan edib. Rəsminin sözlərinə görə, iki il ərzində döyüş keçirmədən titulu əldə saxlamaq digər döyüşçülərə qarşı ədalətsizlikdir.

29 yaşlı Makqreqor qarışıq döyüş qaydalarına əsasən, 24 döyüş keçirib. Onlardan 21-də qalib gəlib (18-də vaxtı başa çatmamış) və üçündə məğlubiyyətə uğrayıb. UFC üzrə sonuncu döyüşü 2016-ci ilin noyabr ayında keçirib. Həmin döyüşdə ikinci raundda amerikalı Eddi Alvaresi texniki nokautla məğlubiyyətə uğradıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri