17 
Yan
2018
13:29
446
60
12582
Virtual karabakh

İlham Zəkiyevə daha bir vəzifə verildi

17 Yan, 2018
13:29
12582

İlham Zəkiyevə daha bir vəzifə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Paralimpiya Komitəsində (MPK) dünən İcraiyyə Komitəsinin iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, iclasın qərarına əsasən komitədə Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb.

Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın katibi Rauf Mürsəlov (MPK-nın İdman şöbəsinin sədri) olacaq. İbrahim İbrahimov (cüdo üzrə baş məşqçi), Alavərdi Culfayev (üzgüçülük üzrə baş məşqçi), Oleq Panyutin (atletika üzrə baş məşqçi), İlqar İbişov (pauerliftinq üzrə baş məşqçi) və Tərlan Hacızadə (oturaq voleybol üzrə baş məşqçi) şura üzvləri kimi orda yer alacaqlar.

İntizam Komissiyasının sədri vəzifəsi isə ikiqat paralimpiya, ikiqat dünya, və yeddiqat Avropa çempionu, “Bakı-2015” Avropa Oyunlarının qalibi, MPK-nın vitse-prezidenti İlham Zəkiyevə həvalə olunub. Komissiyanın üzvləri isə Mehman Kərimov (MPK-nın idarə rəisi), Səlhət Abbasova (MPK nəzdində Ədalətli Oyunlar Komissiyasının məsul katibi), Yaşar Hacıyev (Respublika Paralimpiya Kompleksinin müdiri) və Elxan Rəhimovdur (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi).

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri