17 
Yan
2018
14:48
9
14
1391
Virtual karabakh

İtaliya klubunun kapitanı dopinqə görə futboldan kənarlaşdırıldı

17 Yan, 2018
14:48
1391

İtaliya klubunun kapitanı dopinqə görə futboldan kənarlaşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Benevento” klubunun kapitanı Fabio Luçoni bir il müddətinə futbol yarışlarından kənarlaşdırılıb.

Oxu.Az xəbər verir ki, buna ondan götürülən dopinq testin müsbət nəticə verməsi səbəb olub. 

Futbolçudan A Seriyasının III turu çərçivəsində sentyabrda baş tutmuş “Torino” ilə oyundan (0:1) sonra götürülmüş test onun üçün yaxşı nəticələnməyib. Komandanın həkimi Valter Corcone səhvən ona qadağan olunmuş həblər verib. Bu isə futbolçunun bir il müddətinə diskvalifikasiya olunmasına gətirib çıxarıb.

Qeyd edək ki, A Seriyasının aşkar autsayderinin həkimi də sərt cəzalandırılıb. Ona dörd illik cəza verilib.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri