17 
Yan
2018
22:29
490
23
10386
yuxarı
İki Koreya vahid bayraq altında birləşdi
17 Yan, 2018
22:29
10386
490
23
İki Koreya vahid bayraq altında birləşdi
Şimali Koreya və Cənubi Koreya komandaları gələn ay Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində vahid bayraq altında iştirak edəcək.
Oxu.Az Associated Press- ə istinadən xəbər verir ki, bu barədə Pxanmuncom sərhəd məntəqəsində Şimali Koreya və Cənubi Koreya nümayəndə heyətləri arasında keçirilmiş danışıqlar zamanı razılığa gəlinib.
Bundan başqa, hokkey yarışlarında Şimali Koreya və Cənubi Koreya vahid komanda ilə təmsil olunacaq.
Qeyd edək ki, Şimali Koreya Oyunlara 150 nəfərdən ibarət heyət göndərməyə razılıq verib. Oyunlara gələn ayın əvvəlində start veriləcək.
A.M.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək