18 
Yan
2018
11:14
88
31
5263
Virtual karabakh

“Arsenal” daha bir futbolçusunu satdı – FOTO

18 Yan, 2018
11:14
5263

“Arsenal” daha bir futbolçusunu satdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arsenal” futbolçusu Teo Uolkotu “Everton”a satıb.

Oxu.Az xəbər verir ki, keçid Liverpul təmsilçisinə 20 milyon funta başa gəlib.

28 yaşlı futbolçu ilə 3,5 illik müqavilə bağlanılıb.

Uolkot keçidi haqda bunları deyib:

“Çox ambisiyalıyam. Bura gəlmişəm ki, bu klubu daha yüksək səviyyəyə qaldırım. Belə oyunçularla yüksək səviyyəyə qalxmağımız mümkündür. Karyeramın yeni bölümünə başlamaq üçün həyəcanlıyam və hiss edirəm ki, bura olmaq istədiyim yerdir. Baş məşqçimiz çox iddialıdır və klub düzgün istiqamətdədir.

“Everton” böyük tarixə malik klubdur. Fanatları həmişə çılğındır. Klub əvvəllər də turnirlər qazanıb. İndi isə mən bu klubla turnirlərin qalibi olmaq istəyirəm. Baş məşqçimizlə bir neçə danışığımız olub və onun məndən nə istədiyini bilirəm. Hiss edirdim ki, “Arsenal”dan getməyin vaxtıdır. Buna görə qəmginəm, ancaq “Everton”a qoşulduğum üçün həyəcanlıyam”.

Image result for theo walcott everton

Qeyd edək ki, Teo Uolkot “Arsenal”a 2006-cı ilin yanvarında – 16 yaşı olanda “Sauthempton”dan keçib. Bu keçid üçün “topçular” cəmi beş milyon funt ödəyib. O, London klubunda 397 oyuna 108 qol vurub. İngiltərə millisinin də üzvü olan Uolkot “Arsenal”da hollandiyalı Denis Berqkamp və seneqallı Patrik Vieyradan sonra Premyer Liqada ən çox matç keçirən oyunçudur.  

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri