18 
Yan
2018
12:19
181
17
7114
Virtual karabakh

Yevgeni Kaleşin: Bütün stadion “Qarabağ”ın bu hərəkətini alqışladı

18 Yan, 2018
12:19
7114

Yevgeni Kaleşin: Bütün stadion “Qarabağ”ın bu hərəkətini alqışladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, “Qarabağ” ilk yoxlama oyununda Rusiyanın I dəstə klubu “Kuban”la qarşılaşıb. Antalyada keçirilmiş görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Oxu.Az bu oyunla bağlı açıqlama vermiş tərəflərin fikirlərini təqdim edir. 

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissədə meydanda olan futbolçular çox istəkli idilər. Düzdür, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməyə çalışdı”.

Yevgeni Kaleşin (“Kuban”ın baş məşqçisi): “Fikrimcə, çox maraqlı matç alındı. Demək olar ki, Çempionlar Liqasının iştirakçısı ilə oynamaqla bəxtimiz gətirdi. Düzdür, rəqiblər arasında o qədər fərq müşahidə olunmadı. Xüsusən ilk hissədə “Qarabağ” sürətdə, təkbətək mübarizələrdə güclü idi. Oyunçularım məşqlərdən sonra bu matça köklənmişdilər. Onlar çox nizamlı oynadı və demək olar ki, rəqibə bizim qapımız önünə təhlükə yaratmağa imkan vermədilər. Bizim də hücumda çox şanslarımız olmadı. Ancaq əsas məsələ odur ki, biz yeni ildə ilk əsas matçımızı keçirdik və komanda oyundan və mübarizədən həzz aldı. Belə matçlarla öz oyunumuzu yaxşılaşdırmaq, müasir futbolun tələb etdiyi intensivliyi artırmaq olar. Bilərəkdən sınaq üçün güclü rəqiblər seçməyə çalışırıq ki, bizim hələ çox öyrəşmədiyimiz belə yüksək sürətə alışa bilək.

“Qarabağ”la oyun da məhz bu səviyyədə alındı. Təbii ki, ikinci hissədə həm rəqib, həm də biz dəyişiklik etdik və oyun daha açıq getdi. Ancaq yekunda matçın nəticəsi qanunauyğun oldu. “Qarabağ”ın səhv penaltini reallaşdırmamasına gəlincə, təbii ki, belə şeylərlə tez-tez qarşılaşmırıq. Ancaq bu, rəqib komandanın yüksək səviyyəsindən, futbolu başa düşməsindən xəbər verir. Rəqib bizə və ümumiyyətlə, təmiz oyuna hörmət nümayiş etdirdi. Siz özünüz gördünüz ki, bütün stadion bu hərəkəti alqışladı”.

Sergey Bendz (“Kuban”ın müdafiəçisi): “Hesab edirəm ki, toplanışda ilk matç üçün pis nəticə deyil. Biz iki qol vurduq, hər ikisi də düzgün qol idi. Deyim ki, qapımıza vurulan ilk topda əllə oyun yox idi və penalti düzgün təyin olunmamışdı. Ümumilikdə topa yaxşı nəzarət edən komandaya qarşı pis oynamadıq. Düşünürəm ki, bizim üçün bu, yaxşı dərs və gələcək inkişaf üçün stimul olacaq”.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri