18 
Yan
2018
15:56
546
53
8353
Virtual karabakh

Zabit Səmədov idman klubu açır

18 Yan, 2018
15:56
8353

Zabit Səmədov idman klubu açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizin məşhur kikboksçusu, K-1 döyüşlərinin iştirakçısı Zabit Səmədov Azərbaycanda yeni idman klubu açır.

O, bu barədə Oxu.Az-a açıqlamasında bildirib.

Səmədovun sözlərinə görə, klubun ünvanı və adı artıq məlumdur:

“İdman klubunun açılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən yer verilib. Hazırda orada təmir işləri gedir. Klubun açılışı ilə bağlı tədbir planlaşdırırıq. Aprel-may aylarında açılış edəcəyik. Mən də istəyirəm ki, bizim gənclər gəlib orada məşq etsin. Oradan dünya və Avropa çempionlarının çıxmasını, onların ölkəmizi irimiqyaslı turnirlərdə təmsil etməsini istəyirəm. Klubun məkanı Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Sarayıdır. Adı da “Zabit” İdman Klubu olacaq”.

Zabit Səmədov idman klubunda fəaliyyət göstərən idman növlərinin də adını açıqlayıb:

“Belə deyim ki, orada döyüş idman növləri olacaq. Muay tay, kikboksinq idman növlərinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Qaydasız döyüş növləri də ola bilər”.
 
Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri