19 
Yan
2018
11:59
19
66
2199
Virtual karabakh

Baş məşqçi Renatın yığmaya çağırılmamasının səbəbini açıqladı

19 Yan, 2018
11:59
2199

Baş məşqçi Renatın yığmaya çağırılmamasının səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avropa çempionatına hazırlaşan futzal millimizin mətbuat üçün açıq məşqi olub. 

Oxu.Az xəbər verir ki, məşq 20 Yanvar şəhidlərinə görə bir dəqiqlik sükutla başlayıb. 

Məşqdən əvvəl isə millimizin bas məşqçisi Joze Alesio da Silva mətbuat üçün brifinq keçirib.

20 Yanvar hadisəsinə görə Azərbaycan xalqına başsağlığı verən braziliyalı məşqçi bu ay Sloveniyada başlayacaq AÇ haqda fikirlərini bildirib: 

“Artıq legionerlərimiz də bizə qoşulub. Tam heyətlə məşq edirik. İranla yoldaşlıq oyunlarından sonra AÇ-yə yollanacaq heyəti müəyyənləşdirəcəyik. AÇ-də məqsəd qrupdan çıxmaqdır. İlk oyunumuz Fransa ilə olacaq. Məncə, qrupda əsas oyunumuz da onlarladır. İspaniyanin gücü isə hamıya bəllidir. Son Avropa çempionudurlar. Fransa ilə oyundan sonra onlar haqda düşünəcəyik”.

“Məqsədimiz mərhələ adlamaqdır”

Daha sonra o, Oxu.Az-in əməkdaşının “çempionatın 16 qolla bombardiri Renat Sultanovun yığmaya çağırılmaması nə ilə əlaqədardır” sualına aydınlıq gətirməyə çalışıb: 

“Biz onu İrandakı turnirə aparmışdıq. Amma millinin sisteminə üç gün ərzində uyğunlaşması qeyri-mümkün olduğundan, onu oynatmadıq. Bu dəfə də onu çağırmaq istəyirdim. Ancaq eşitdim ki, o, çimərlik futbolu yığması ilə İrana gedəcək. Ona görə çağırmadım”.

Qeyd edək, “Marafon” klubunun üzvü olan Renat Sultanov heç çimərlik futbolu millimizə də çağırılmayıb.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri