19 
Yan
2018
14:18
78
23
3057
Virtual karabakh

Vitali Borisov: Millimizin AÇ-də qrupdan çıxmaq şansı 33 faizdir

19 Yan, 2018
14:18
3057

Vitali Borisov: Millimizin AÇ-də qrupdan çıxmaq şansı 33 faizdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal millimizin aparıcı oyunçularından sayılan Vitali Borisov bu gün keçirilən brifinqdə Avropa çempionatına hazırlıqlarla bağlı fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, Borisov millimizin Bakı İdman Sarayında baş tutan hazırlıqları barədə bunları qeyd edib: 

“Komandanın məşqlərinə üç gün əvvəl qoşulmuşam. Yaxşı qrupa düşmüşük. İspaniya və Fransa kimi komandalarla iki maraqlı oyun keçirəcəyik. İspaniya dünyanın ən yaxşı komandalarından biridir. Fransa millisi ilk dəfə bu cür yarışda iştirak etmək hüququ qazansa da, pley-offda Xorvatiya kimi komandanı mübarizədən kənarlaşdırıb. Avropa çempionatında, ümumiyyətlə, zəif rəqib olmur. Qrupumuzdakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək şansı 33 faizdir. Hər şey oyunlar zamanı məlum olacaq. Hər bir komanda bir-birindən xal ala bilər”. 

Serbiyanın “Ekonomats” klubunda çıxış edən Vitali Borisov yığmaya erkən qoşulmaq üçün icazə aldığını bildirib: 

“Serbiyada çempionatın I dövrəsi yanvarın 15-də başa çatıb. Klub rəhbərliyindən xahiş etdim ki, məni bir az yığmaya tez buraxsınlar. Mən də üç gün öncə məşqlərə başlamışam”.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri