13 
Fev
2018
17:25
137
52
3410
Virtual karabakh

Əl-Jadeyaui: Azərbaycana gedənədək ingiliscə bircə söz də bilmirdim

13 Fev, 2018
17:25
3410

Əl-Jadeyaui: Azərbaycana gedənədək ingiliscə bircə söz də bilmirdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın sabiq futbolçusu Əlhərbi Əl-Jadeyaui Fransa mətbuatına keçmiş komandası haqda danışıb.

Oxu.Az xəbər verir ki, Fransa doğumlu, Mərakeş əsilli yarımmüdafiəçi Ağdam klubunu tərifləyib:

“Qarabağ” əla klubdur. Bu, karyeram ərzində oynadığım ən güclü komandadır. Azərbaycana getməklə çox şey qazandım. “Qarabağ”da oynamaq təcrübəsi gözlərimi açdı. Məhz bu keçidin hesabına Çempionlar Liqasının təsnifat mərhələsində oynamaq imkanı qazandım.

Daha sonra isə Avropa Liqasının qrup mərhələsində iştirak etdim. “Qarabağ”da ölkə çempionu oldum, titul qazandım. Bu, həm futbolçu, həm də insan kimi inkişafıma təkan verdi. Halbuki ora gedənədək ingiliscə bircə söz də bilmirdim”.

Qeyd edək ki, Əlhərbi Əl-Jadeyaui 2015/2016 mövsümündə “Qarabağ”ın formasını geyinib. O, Azərbaycan Premyer Liqasında 10 oyun keçirib və bir qola imza atıb. Yanvarın 5-dən etibarən bu futbolçu Fransanın “Qrenobl” klubunun şərəfini qoruyur.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri