13 
Fev
2018
21:33
37
512
7520
Virtual karabakh

Rusiya klubunun futbolçusu kağız pulla burnunu sildi – VİDEO

13 Fev, 2018
21:33
7520

Rusiya klubunun futbolçusu kağız pulla burnunu sildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Tosno” klubunun futbolçusu Stanislav Manayev azarkeşlərin qəzəbinə tuş gəlib.

Oxu.Az Lenta.ru saytına istinadən xəbər verir ki, buna səbəb 19 yaşlı yarımmüdafiəçinin komanda ilə birgə uçuş zamanı 5 min manatlıq kağız pulla burnunu silməsi və bu davranışının videosunu “Instagram” səhifəsində paylaşmasıdır.

Eyni zamanda sosial şəbəkə istifadəçiləri Manayevi həmin görüntüyə “Bu pulu ehtiyacı olanlarla verə bilərdim, amma verməyəcəyəm, çünki qripəm” formasında şərh yazmasına görə də qınayıblar. Habelə onun üzr istəməsini tələb ediblər.

Futbolçu isə videonu silib və pulun saxta olduğunu bildirib.

Qeyd edək ki, Manayev “Tosno”nun əsas heyətində oyun keçirməyib. O, əvəzedici komanda ilə 18 qarşılaşmada iştirak edib və 1 qol vurub.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri