14 
Fev
2018
12:45
487
32
9859
Virtual karabakh

“Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar – FOTO

14 Fev, 2018
12:45
9859

“Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Birinci” kanalında efirə gedən “Ya moqu!” yarışmasında çıxış edən “Azeri Brazers” (“Azəri Qardaşları”) yenə münsiflər heyətini və tamaşaçıları təəccübləndirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qardaşlardan Hüseyn Pəhləvanoğlu boğazının üstünə qoyulmuş beldə çəkisi 56 kq-dan çox olan adamı 10 saniyədən çox saxlayıb.

Daha sonra o, iki mismarın üzərinə uzanıb və qarın boşluğuna qoyulan yabanın üzərinə çıxan 82 kiloluq adamı 30 saniyə saxlayıb.

Digər qardaş Laçın Pəhləvanoğlu isə kəsici iti baltanın üzərinə üzüaşağı – boğazı üstə uzanıb. Öz çəkisi 85 kq olan Laçının eyni vaxtda boyun hissəsinə iki ağır daş qoyulub. Ümumi çəkisi 114 kq olan yükü boynunda beş saniyə saxladıqdan sonra iki zərbə ilə qırıblar.

Ümumilikdə onlar 10 nömrə nümayiş etdiriblər. Lakin bu nömrələr təhlükəli olduğundan hamısının efirə gedəcəyi gözlənilmir. Lakin göstərilən nömrələr üzrə azərbaycanlı pəhləvanlar dünya rekordu qırıblar.

Bunun nəticəsində onlara Rusiya Rekordlar Federasiyası tərəfindən sertifikat və 50 min rubl məbləğində pul mükafatı təqdim olunub.

Qeyd edək ki, onların son çıxışı efirdə fevralın 23-ü buraxılışında olacaq.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri