15 
Fev
2018
11:18
56
29
3181
Virtual karabakh

Millimizin Millətlər Liqasına kimi dördüncü rəqibi bilindi

15 Fev, 2018
11:18
3181

Millimizin Millətlər Liqasına kimi dördüncü rəqibi bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının Bakıda daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. 

Oxu.Az xəbər verir ki, millimiz mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Millətlər Liqasının D zonasının A qrupunda mübarizə aparacaq yığmamız martın 23-də Bakıda Belarus, həmin ayın 27-də Antalyada Makedoniya, eləcə də, iyunun 9-da Riqada Latviya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız sentyabrda başlayacaq Millətlər Liqasında Kosovo, Farer adaları və Malta yığmaları ilə bir qrupda mübarizə aparacaq.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri