18 
Fev
2018
22:53
195
47
6895
Virtual karabakh

Qurbanov: Nadir hallarda bu cür oyun izləyirik

18 Fev, 2018
22:53
6895

Qurbanov: Nadir hallarda bu cür oyun izləyirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Səbail”ə qalib gələn (1:0) “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Oxu.Az xəbər verir ki, öz futbolçularını təbrik edən məşqçi, qazandıqları 3 xalın “vacib” olduğunu vurğulayıb.

“Azarkeşlərimizə təşəkkür edirəm. Samir Əliyev yaxşı komanda yaradıb. Bizim üçün çətin oldu. Çox nadir hallarda bu cür tempdə oyun izləyirik. Bu qarşılaşmadan açığı həzz aldım. Rəqib çox hücuma keçirdi. Çox nadir hallarda bu qədər az topa sahib oluruq”.

Qeyd edək ki, hazırda 16 oyundan 41 xal toplayan “Qarabağ” turnir cədvəlinə başçılıq edir. İkinci pillədə 35 xalla “Qəbələ”, üçüncü pillədə isə 31 xalla “Zirə” qərarlaşıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri