18 
Fev
2018
23:48
828
51
10704
Virtual karabakh

Rafael Ağayev çempion oldu

18 Fev, 2018
23:48
10704

Rafael Ağayev çempion oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən karate üzrə Premyer Liqa seriya yarışı başa çatıb.

Oxu.Az xəbər verir ki, beşqat dünya və onqat Avropa çempionumuz olan Rafael Ağayev bu gün başa çatan yarışda çempion olub.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda macarıstanlı Qabor Harşpatakini 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Rafael Ağayev ötən ay Fransanın paytaxtı Parisdə keçirilmiş ilin ilk Premyer Liqa yarışında da finala kimi irəliləmiş, lakin həlledici görüşün son saniyəsində aldığı zərbə ilə yaponiyalı Ken Nishimuraya 1:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənmişdi.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri