19 
Fev
2018
16:52
110
46
5595
Virtual karabakh

“Şahdağ”da “Xalçaların şahı” müəyyənləşib – FOTO + VİDEO

19 Fev, 2018
16:52
5595

“Şahdağ”da “Xalçaların şahı” müəyyənləşib – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 18-də “Şahdağ” Turizm Mərkəzində artıq üçüncü dəfə keçirilən “Red Bull Shakh Carpet” idman yarışının qalibləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, münsiflər heyətində olan Cəfər Axundzadə, Dilarə Kazımova, Nazim Babayev və Tunzalə Ağayeva “Ən yaxşı tullanma” nominasiyasında “Super Liqa” komandasını, “Ən kreativ komanda” nominasiyasında isə “Kalambur” komandasını qalib təyin ediblər. 

Tamaşaçılar onlayn səs vermə ilə “Tamaşaçı simpatiyası” nominasiyasında “Hit Parad” komandasını qalib seçiblər. 

Əyləncəli müsabiqədə ümumilikdə 18 komanda iştirak edib.

Yarışmanın mahiyyəti ondan ibarətdir ki, maskarad kostyumu geyinən iştirakçılar, hazırladıqları qeyri-adi qurğularla dağdan eniş edərək sonda soyuq su ilə dolu hovuza giriblər.

İştirakçılar sonu 80 sm hündürlüyə malik tramplinlə bitən 80 metr məsafəni qət edirlər. Müsabiqə üçün xüsusi olaraq hazırlanan nəqliyyat vasitələrində əsas element – xalçadır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri