19 
Fev
2018
15:21
36
168
2963
Virtual karabakh

Rusiyaya medal qazandırmış idmançıda dopinq çıxıb

19 Fev, 2018
15:21
2963

Rusiyaya medal qazandırmış idmançıda dopinq çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında körlinq növü üzrə bürünc medal qazanmış rusiyalı idmançı Aleksandr Kruşelnitskinin B dopinq-testi müsbət nəticə verib.

Oxu.Az xəbər verir ki, A nümunəsində də dopinq aşarkarlanan idmançının ikinci nümunəsi bu gün səhər saatlarında Seuldakı Anti-Dopinq Laboratoriyasında açılıb. 

İdmançının B nümunəsində də meldonium maddəsi aşkarlanıb. Artıq onun akkreditasiyası əlindən alınıb. İdmançı Olimpiya Kəndini tərk etməli olub.

Qeyd edək ki, Olimpiadada Aleksandr Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə çıxış edib. Onlar qarışıq qoşa yarışda bürünc medal qazanıblar.

Kişi körlinqçinin dopinq-testinin müsbət nəticə verməsi üzündən Rusiya Olimpiadada qazandığı ilk medaldan məhrum edilmə təhlükəsi ilə üzləşib.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri