19 
Fev
2018
17:51
30
155
3288
Virtual karabakh

ABŞ idmançısı öz qardaşının külünü Olimpiadaya gətirib

19 Fev, 2018
17:51
3288

ABŞ idmançısı öz qardaşının külünü Olimpiadaya gətirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

23 yaşlı Conatan, 19 yaşlı Kris və 17 yaşlı Maykinin eyni vaxtda Olimpiya oyunlarında xizəklə hündürlükdən tullanma yarışlarında iştirak etməsi Lilis ailəsinin ən böyük arzusu olub.

Oxu.Az xəbər verir ki, ötən ilin dekabrında ailənin kiçiyi Maykinin qəflətən yuxuda olarkən ölməsindən sonra bu arzu valideynlərin ürəyində qalıb. 

İdmançının ölüm səbəbi indiyə kimi dəqiq müəyyənləşməyib. Böyük oğul və dünya çempionu Con fəxri kürsüyə düşə bilməsə də, bazar günü Pyanqçanqda final çıxışında böyük iradə sərgiləyib. 

O, təsirli jest olaraq, mərhum qardaşının əvvəllər çıxış etdiyi ABŞ komandasına aid formanı Cənubi Koreyaya gətirib və onun xatirəsinə həmin formanı geyinib. Conatan qardaşının külünü şüşə breloka yerləşdirərək açılış mərasimində boynundan taxıb.

“Olimpiya Oyunlarında birgə yarışmaq hamımızın arzusu olub. O, bu imkandan məhrum olduğundan... Onun iştirakını təmin etmək üçün bunun ən yaxşı vasitə olduğunu düşündüm.

Son bir neçə ayda mən həyatın nə qədər çətin olduğunun fərqinə vardım, hər gün əlimizə düşən imkanlardan tam şəkildə yararlanmalı olduğumuzu başa düşdüm... Lilis komandası çıxışlarını davam etdirəcək və dörd ilə siz tam fərqli qardaşları görəcəksiniz”, – deyə Con verdiyi açıqlamada bildirib.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri