20 
Fev
2018
14:07
17
20
2752
Virtual karabakh

“Beşiktaş”ın oyunçusu matçöncəsi sərxoş yaxalandı – FOTO

20 Fev, 2018
14:07
2752

“Beşiktaş”ın oyunçusu matçöncəsi sərxoş yaxalandı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün gözlər Türkiyənin “Beşiktaş” klubunun bu axşam Çempionlar Liqasında Almaniyanın “Bayern” komandası ilə keçirəcəyi oyuna çevrilmişkən, İstanbul təmsilçisinin futbolçusu Cermeyn Lens sərxoş halda paparazzilərə tuş gəlib.

Oxu.Az xəbər verir ki, İngiltərənin “Sanderlend” klubundan icarəyə götürülmüş “Fənərbaxça”nın sabiq futbolçusu dostları ilə əylənərkən içkinin qədərini qaçırıb.

Hollandiyalı futbolçu bir gecədə üç gecə klubu gəzib. Lens Arnavutköydə sərxoş halda gedərkən fotoqraflara tuş gəlib və dərhal paltosu ilə üzünü gizlətməyə çalışıb. Onun dostları bu işdə futbolçuya kömək ediblər.

Məşhur futbolçunun təkcə üzünü deyil, döymələrini də gizlətməyə çalışan dostları jurnalistlərə “Komanda onsuz da pis gedir. Çəkməyin! Buraxın, evə gedək”, – deyə reaksiya veriblər.

Qeyd edək ki, “Beşiktaş” bu gün Bakı vaxtı ilə saat 23:45-də Münhenin “Alyans Arena” stadionunda “Bayern”lə ilk matçına çıxacaq.  

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri