20 
Fev
2018
14:00
70
35
2021
Virtual karabakh

Premyer Liqa və ölkə kubokunun təqvimində dəyişikliklər edilib

20 Fev, 2018
14:00
2021

Premyer Liqa və ölkə kubokunun təqvimində dəyişikliklər edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peşəkar Futbol Liqası 2017/18 mövsümünün təqvimində müəyyən dəyişiklik edib. 

Oxu.Az xəbər verir ki, bu, Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel Prezident seçkisi ilə əlaqədardır.

Premyer Liqa və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklər gerçəkləşib:

XIX turun “Kəpəz” – “Qəbələ” və “Keşlə” – “Neftçi” matçları martın 9-da, “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları isə martın 10-da keçiriləcək.

XX turun “Keşlə” – “Qəbələ” matçı martın 13-də, turun digər üç oyunu isə martın 14-də olacaq.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları aprelin 11-dən aprelin 12-nə, XXIII turun “Zirə” – “Neftçi” matçı isə aprelin 14-dən aprelin 15-nə keçirilib.

Qeyd edək ki, Azərbaycan kubokunun final matçının əvvəlki kimi 28 May - Respublika Günündə keçirilməsi olduğu kimi saxlanılıb. Baxmayaraq, həmin oyundan bir gün sonra millimiz Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri