21 
Fev
2018
11:00
133
21
4917
Virtual karabakh

Təqdimata sərxoş gəldi, klubdan uzaqlaşdırıldı

21 Fev, 2018
11:00
4917

Təqdimata sərxoş gəldi, klubdan uzaqlaşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus futbolunda maraqlı hadisə yaşanıb.

Oxu.Az xəbər verir ki, “Molodeçno-DYSŞ-4” klubunun baş məşqçisi Mixail Makovski təyinatından sonra işindən uzaqlaşdırılıb.

Buna səbəb onun rəhbərliyin azarkeşlər və media nümayəndələri ilə fevralın 18-də “Leqran” kafesində təşkil etdiyi görüşə gec və sərxoş vəziyyətdə gəlməsi olub. Kafenin sahibi Əhəd Söhbətov isə özünü klubun gələcək inzibatçısı və direktoru kimi təqdim edib. Tədbirdən dərhal sonra 41 yaşlı mütəxəssisi vəzifəsindən azad ediblər.

Onun yerinə isə səhəri gün komandanı məşqlərə qardaşı Vladimir Makovski çıxarıb. Lakin V.Makovski danışılmış oyunların təşkilində iştirak etdiyi üçün 2017-ci ilin oktyabrında beş il futbolla bağlı istənilən fəaliyyət hüququndan məhrum edilib.

Bu faktın xatırladılmasından sonra “Molodeçno”nun baş məşqçi vəzifəsi Valeri Vetrova tapşırılıb.

Molodeçno Rayon İcra Komitəsinin Təhsil, İdman və Turizm şöbəsinin rəis müavini Nikolay Şrimf isə verdiyi müsahibədə Makovskinin əvvəldən baş məşqçi təyin olunmadığını, eləcə də Əhəd Söhbətovun klubda işləməyəcini bildirib. 

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004-2006-cı illərdə Bakı “İnter”ində (hazırkı “Keşlə”) çıxış ediblər.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri