21 
Fev
2018
11:19
84
18
1482
Virtual karabakh

“Neftçi” avstriyalı futbolçusu ilə yollarını ayırdı

21 Fev, 2018
11:19
1482

“Neftçi” avstriyalı futbolçusu ilə yollarını ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” qış fasiləsində transferə çıxardığı Mateo Mujeklə yollarını ayırıb. 

Oxu.Az xəbər verir ki, Avstriya doğumlu xorvat müdafiəçinin müqaviləsinə bu gün xitam verilib.

Əvvəlcə onun geyindiyi 3 nömrəli formanı əlindən alan rəhbərlik futbolçuya özünə yeni komanda tapmağı tapşırmışdı.

Nəhayət, cinah müdafiəçisi ilə danışıqlar müsbət nəticələnib. Beləliklə, qış fasiləsindən bəri ölkəsində klub axtarışında olan 23 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.

Qeyd edək ki, Mateo Mujek “Neftçi”yə yay fasiləsində Sloveniyanın “Rudar” klubundan keçmişdi. O, iyulun 28-də Bakı klubu ilə iki illik müqavilə bağlamışdı.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri