26 
Fev
2018
12:24
104
33
4380
yuxarı
“Qarabağ”ın qolunun müəllifi dəyişdirildi
26 Fev, 2018
12:24
4380
104
33
“Qarabağ”ın qolunun müəllifi dəyişdirildi
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” matçının protokolunda dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, oyundakı yeganə qol yarımmüdafiəçi Riçard Almeydanın deyil, hücumçu Mahir Mədətovun adına yazılıb.
Bu dəyişiklik baş hakim Orxan Məmmədovun raportuna əsasən edilib.
Qeyd edək ki, görüş “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 1:0. Həmin qol zamanı topun Riçard Almaydanın əlinə dəydiyi bildirilsə də, Orxan Məmmədov bu topun braziliyalıdan əvvəl Mahir Mədətovun ayağına dəydiyinə qərar verib.
S.T.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək