26 
Fev
2018
15:46
53
89
2407
Virtual karabakh

AVRO-2020 üçün mükafat fondu 70 milyon artırıldı

26 Fev, 2018
15:46
2407

AVRO-2020 üçün mükafat fondu 70 milyon artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə 2020-ci il Avropa çempionatının ümumi mükafat fondu 371 milyon avro təşkil edəcək. 

Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis qurumun Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində açıqlama verib. 

O bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq. Final mərhələsinin 24 iştirakçısının hər biri isə minimum 1,25 milyon avro əldə edəcək.

Qeyd edək ki, Fransada keçirilmiş AVRO-2016-nın mükafat fondu 301 milyon avro olub. Başqa sözlə, növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb. 

Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

Bakıda A qrupunun üç oyunu ilə yanaşı, 1/4 final matçlarından biri keçiriləcək. 

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri