14 
Mar
2018
12:25
86
15
4313
Virtual karabakh

Vyana “Qarabağ”ının baş məşqçisi istefa verdi

14 Mar, 2018
12:25
4313

Vyana “Qarabağ”ının baş məşqçisi istefa verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış Vyana “Qarabağ”ında gözlənilməz istefa olub.

Oxu.Az xəbər verir ki, Avstriyanın Şərq regional liqasında çıxış edən komandanın baş məşqçisi Volkan Kahraman vəzifəsindən getdiyini açıqlayıb.

Dünən klub rəhbərliyi ilə görüşən türk mütəxəssis qarşılıqlı razılıq əsasında ayrılıb. Klubun baş meneceri Ramin Şükürov ona uğurlar arzulayıb. 

Qeyd edək ki, “Qarabağ”da azərbaycanlı futbolçular da oynayırlar. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından, Emil Fərzəliyev yanvardan komandaya keçib. Vyana təmsilçisi hazırda turnir cədvəlində 27 xalla VII pillədədir və liderdən 10 xal geri qalır.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri