16 
Mar
2018
17:45
165
76
8893
Virtual karabakh

Böyükağa Hacıyev dəfn olundu – FOTO

16 Mar, 2018
17:45
8893

Böyükağa Hacıyev dəfn olundu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün azərbaycanlı futbol məşqçisi Böyükağa Hacıyev Keşlə qəbiristanlığında dəfn olunub.

Oxu.Az xəbər verir ki, mərhumun dəfn mərasiminə AFFA-nın Məşqçilər Komitəsinin üzvləri, “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov, “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, “Neftçi”nin futbolçusu Rəşad Sadiqov, “Neftçi”nin sabiq futbolçusu, hazırda “Sumqayıt”da çıxış edən Rail Məlikov, “Neftçi”nin sabiq prezidenti, hazırda Cüdo Federasiyasının vitse-prezidenti olan Sadıq Sadıqov, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və başqa şəxslər qatılıb.

Qeyd edək ki, “Neftçi” 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirak edən ilk komandamız kimi tarixə düşüb. Böyükağa Hacıyev məhz həmin vaxt Bakı komandasının baş məşqçisi olub.

Allah rəhmət eləsin!

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri