16 
Mar
2018
18:58
165
44
6241
Virtual karabakh

Sadıq Sadıqov: Allah ömür versəydi, o daha böyük uğurlara imza atardı

16 Mar, 2018
18:58
6241

Sadıq Sadıqov: Allah ömür versəydi, o daha böyük uğurlara imza atardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Böyükağa Hacıyevin ürəyi futbolla döyünürdü. Son günə qədər futbolla idi, giley-güzarını çatdırırdı”.

Oxu.Az xəbər verir ki, bunu “Neftçi” klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov tanınmış məşqçi Böyükağa Hacıyevin vəfatı ilə bağlı danışarkən deyib. O, bildirib ki, Azərbaycan böyük bir mütəxəssisi itirib: 

“Çox böyük itkidir. O həm sloqanları, həm özünü istətməyi, həm də məşqçi bacarığı ilə yadda qalacaq. Mətbuat konfransları yadıma düşür. Onun nə sözü, nə də futbolu şablon olub. “Neftçi”nin qazandığı uğurlarda böyük pay sahibidir. Üzərimizdə haqqı var. Özü ilə danışanda da dedim ki, haqqını halal et. Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk azərbaycanlı məşqçidir”.

S.Sadıqov dəfn mərasimində gözlənildiyi qədər çox insanın iştirak etməməsinə də toxunub: 

“Vəfatı qəfil oldu. Dəfnə gələnlərin hamısına “çox sağ ol” deyirəm. Qəfil olmasaydı, gələn də çox olardı. Onun sevənləri çoxdur. Gözəl insanı itirdik. Dəyərli qardaş idi. İnanmıram ki, Azərbaycan futbolunda bu cür tarix yazan, öz dəst-xətti olan məşqçi bir daha gəlsin. Bəli, o, açıqlama vermişdi ki, mən hələ ən yüksək nəticəmi göstərməmişəm. Allah ömür versəydi, daha böyük uğurlara imza atardı. Bu cür insanlar tək-tük olur. Allah rəhmət eləsin”.

Qeyd edək ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə “Bakı” klubuna Azərbaycan çempionluğu, 2012/2013 və 2013/2014 mövsümlərində “Neftçi”yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, B.Hacıyev tarixdə ilk dəfə “Neftçi”ni 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. Tanınmış mütəxəssis bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri