19 
Mar
2018
22:52
152
41
2672
Virtual karabakh

Qurban Qurbanov Rəşad Sadıqovun komandası ilə görüşdü

19 Mar, 2018
22:52
2672

Qurban Qurbanov Rəşad Sadıqovun komandası ilə görüşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Milli Komandaların Məşq Mərkəzində AFFA-nın baş katibi Elxan Məmmədov və əsas millimizin baş məşqçisi Qurban Qurbanov Rəşad Sadıqovun başçılıq etdiyi 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, Elxan Məmmədov və Qurban Qurbanov Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıb.

Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək. Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri