22 
Mar
2018
10:31
292
74
6040
Virtual karabakh

Əfsanəvi Ronaldinyo siyasətə qoşulur

22 Mar, 2018
10:31
6040

Əfsanəvi Ronaldinyo siyasətə qoşulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”, “Milan” və Brazliya yığmasının əfsanəvi hücumçusu Ronaldinyo siyasi fəaliyyətlə məşğul olmaq qərarına gəlib.

Oxu.Az Footboom-a istinadla xəbər verir ki, futbol ulduzu Brazliyanın Respublika Partiyasının üzvü seçilib və cari ildə ölkədə keçiriləcək seçkilərdə iştirak etməyə hazırlaşır.

Həmçinin Ronaldinyo Milli Konqressə də daxil olmaq istəyir. Onun Federal Senatda vəzifə verilməsi gözlənilir.

Qeyd edək ki, bu gün Ronaldinyonun 38 yaşı tamam olur. Karyerası ərzində o, Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” kimi tanınmış klublarının formasını geyinib. “Qızıl top-2005” mükafatına, həmçinin FİFA-nın versiyasına görə, 2004-2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri