24 
Mar
2018
21:39
220
53
5555
Virtual karabakh

Qurban Qurbanov Elvin Yunuszadəni “Qarabağ”da da cəzalandırdı

24 Mar, 2018
21:39
5555

Qurban Qurbanov Elvin Yunuszadəni “Qarabağ”da da cəzalandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisindən kənarlaşdırılan “Qarabağ”ın futbolçusu Elvin Yunuszadə klubun əvəzedici heyətinə göndərilib.
 
Oxu.Az xəbər verir ki, bu barədə hər iki komandanın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilmiş “Qarabağ” – “Sumqayıt” yoxlama oyunundan sonra məlumat verib. 

46 yaşlı mütəxəssis bildirib ki, bu, Elvin Yunuszadənin nizam-intizamı pozduğu ilk hal deyil. O, qərarda təəccüblü bir şeyin olmadığını vurğulayıb: 

“Mən klubda hər hansı futbolçunun bəzi hərəkətlərinə göz yuma bilərəm. Çünki futbolçu ilboyu eyni iş sistemi, eyni prinsiplərlə çalışır, yorğunluq olur. Bəzən məşqə gecikə, ləngiyə bilər. Milliyə gəldiyim gündən, ilk növbədə, “Qarabağ”ın futbolçularından tələb etmişəm ki, daim hər yerdə birinci olsunlar. Elvində isə bu hal ilk dəfə deyil. Nə yalan danışasıyıq? Onu əvəzedici heyətə də göndərmişik, bəzən sizin xəbəriniz olmadan cərimələnib də. Belə hallarda bu addım atılmalı idi və mən də atdım. Yəqin ki, sizin üçün də təəccüblü bir şey yoxdur. Çünki tələbim budur: İlk növbədə, “Qarabağ”da rəhbərliyim altında çıxış edən futbolçular millidə çox diqqətli olmalıdırlar”.
 
Baş məşqçi yığmanın Belarusla yoldaşlıq görüşü üçün heyətinə daxil edilməyən Kipr “Anorsosis”inin futbolçusu Araz Abdullayevi millidən birdəfəlik kənarlaşdırmamasının səbəbini isə belə izah edib: 

“Arazla cəmi 2 gündür birgə işləyirik. Onunla Elvini bir tutmaq olmaz. Düşünürəm ki, Abdullayev daha yaxşı futbol oynayacaq. Özünün də insan kimi keyfiyyətlərini daha da yaxşılaşdıracağına inanıram. Yığmanın düşərgəsinə gələn kimi onunla hərtərəfli söhbətimiz, danışığımız olmuşdu. Söhbətimiz onun gələcək klub karyerası ilə bağlı yox, millidəki işi ilə əlaqədar olub”. 
 
Qeyd edək ki, Elvin Yunuszadə və Araz Abdullayev ötən gün Azərbaycan millisinin Belarus yığması ilə yoldaşlıq oyunundan öncə təşkil olunmuş toplantıya gecikmələri səbəbindən cəzalandırılıb. 

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri