Apr
2018
11:50
22
377
2887
Virtual karabakh

Azərbaycanı təmsil edən şahmatçı erməniyə uduzdu

2 Apr, 2018
11:50
2887

Azərbaycanı təmsil edən şahmatçı erməniyə uduzdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Karlsrue şəhərində Grenke Chess Classic turniri keçirilir.

Oxu.Az xəbər verir ki, bu turnirdə Azərbaycanı latviyalı şahmatçı Arkadi Naydiç təmsil edir.

İlk turda Maksim Vaşye-Laqravla heç-heçə etmiş Naydiç II turda Ermənistan şahmatçısı Levon Aronyanla qarşılaşıb. 32 yaşlı qrossmeyster erməni rəqibinə uduzub. Bu gün Naydiç növbəti turda turnir cədvəlinin lideri Nikita Vityuqova qarşı mübarizə aparacaq.

Hazırda turnir cədvəlində Naydiç son sıralardadır: Nikita Vityuqov (Rusiya) – 2 xal; Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa) – 1,5; Fabiano Karuana (ABŞ) – 1; Hou Yifan (Çin), Arkadi Naydiç (Azərbaycan), Qeorq Mayer (Almaniya), Vişvanatan Anand (Hindistan), Matias Blübaum (Almaniya) – 0,5.  

Qeyd edək ki, Arkadi Naydiç Latviya və Almaniya millilərinin sabiq şahmatçısıdır. O, 2015-ci ildən Azərbaycanın uğurları üçün çalışır. Naydiç hazırda 2701 xalla dünya reytinqində 41-ci şahmatçıdır.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri