Apr
2018
16:56
119
28
1693
Virtual karabakh

Türk futbolçu millimizdən yenə imtina edə bilər

3 Apr, 2018
16:56
1693

Türk futbolçu millimizdən yenə imtina edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşadək millimizin futbolçusu Ozan Can Kökçü Türkiyə yığmasında çıxış edə bilər.

Oxu.Az xəbər verir ki, Türkiyənin aşağı yaş qrupları üzrə direktoru Tolunas Kafkas bunun üçün onun atası Halis Kökçü ilə görüşüb.

“Yaxınlarda Hollandiyaya getmişdim. Ozan Can Kökçünün ailəsi ilə görüşdüm. İstedadlı futbolçudur. Bu dostumuzu milli komandamıza qazandırmaq istəyirəm”.

Ozan ötən il artıq bir dəfə millimizdən imtina edib. Lakin sonradan o, fikrini dəyişərək yığmamıza qayıdıb.

Qeyd edək ki, 19 yaşlı Ozan Can Kökçü Niderland türküdür. “Feyenoord”un yetirməsi olan futbolçu 2017-ci ildən Türkiyənin “Bursaspor” klubuna məxsusdur.

Futbolçu heyətə düşmədiyi üçün bu ildən Hollandiyanın I divizion klubu olan “Vaalveyk”də icarə əsasında çıxış edir.

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri