Apr
2018
15:11
103
26
6929
Virtual karabakh

FIFA futbolda üç vacib qaydanı dəyişir

5 Apr, 2018
15:11
6929

FIFA futbolda üç vacib qaydanı dəyişir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA futbol qaydalarında yeni dəyişiklər etməyi planlaşdırır. 

Oxu.Az xəbər verir ki, ali futbol qurumu bu qaydaları öncə aşağı yaş qrupu üzrə komandalar arasında keçirilən oyunlarda tətbiq edəcək.

Birinci dəyişiklik əvəzetmələrə aiddir. Hazırkı qaydalara əsasən, əvəzlənən futbolçu dördüncü hakimin yanından meydanı tərk etməlidir. Yeni qaydalarda isə oyunçunun referinin işarəsindən sonra ən yaxın yerdən meydançadan çıxması nəzərdə tutulub. Bu qayda oyunda lazımsız vaxt itkilərinin qarşısının alınmasına hesablanıb.

İkinci dəyişiklik məşqçilərin də sarı vərəqə ilə cəzalandırılmasını ehtiva edir. Mövcud durumda çalışdırıcılar intizamsız davranışa görə birbaşa meydandan qovulurdusa, bundan sonra onlara əvvəlcə sarı vərəqə göstəriləcək, sonra isə tribunaya göndəriləcəklər.

Son dəyişiklik isə qapıdan zərbə ilə bağlıdır. İndiki qaydalara əsasən, qapıçı topu oyuna daxil edərkən mütləq topu cərimə meydançasının kənarına ötürməli və ya vurmalıdır. Dəyişiklik zamanı qolkiperlər öz cərimə meydançası daxilində olan komanda yoldaşına da ötürmə verə biləcək. Ancaq ötürmə anında rəqib futbolçu cərimə meydançasına daxil ola bilməyəcək.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri